“Qafqazinfo” klubun rəsmi saytına istinadən xəbər verir ki, təcrübəli mütəxəssis gedişinə bu cür aydınlıq gətirib: "Doğurdan da, çox ağır mövsüm keçirdik. Bundan sonrakı müddətdə komandanı toparlamaq və Avrokubok oyunlarına hazırlamaq mənim üçün çətin olacaq. Bir müddət istirahət etməyə ehtiyacım var. Komandama, azarkeşlərimizə və rəhbərliyə bu günə qədər verdiyi dəstəyə görə təşəkkür edirəm. "Qəbələ"yə Avropa Liqasında və növbəti mövsümdə uğurlar arzulayıram".
"Qəbələ" İdman Klubu Yuri Syominə 2013-2014 mövsümündə komandadakı uğurlu fəliyyətinə görə təşəkkür edir, ona gələcək həyatında uğurlar arzulayır. Qeyd edək ki, komanda 9 illik tarixində Avropa miqyaslı yarışlara məhz Y.Syominin rəhbərliyi altında vəsiqə qazanıb.
Son xəbərlər
Son Xəbərlər