“Qəbələ”nin futbolçusu hakimə hücum etdi, dava düşdü - Video

qebelenin-futbolcusu-hakime-hucum-etdi-dava-dusdu
Oxunma sayı: 1842

Azərbaycan Premyer Liqasının 20-ci turunda keçirilən “Qəbələ” – “Sabah” oyununda qalmaqal yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, matçın 26-cı dəqiqəsində meydan sahiblərinin futbolçusu Ruan Renato dirsəklə rəqib futbolçunu vurub.

Nəticədə baş hakim Vüqar Həsənli oyunu dayandırıb və “Sabah”ın xeyrinə cərimə zərbəsi təyin edib. Bu zaman Ruan Renato 4-cü hakim Rəvan Həmzəzadəyə yaxınlaşaraq ona nəyisə izah etməyə çalışıb. Hakimin cavabından qəzəblənən təcrübəli müdafiəçi ona hücum etmək istəyib. Amma komanda yoldaşları Ruanı sakitləşdirə bilib.

Daha sonra isə Vüqar Həsənli Renatoya qırmızı vərəqə göstərib. Bu qərarla razılaşmayan müdafiəçi baş hakimin də üzərinə hücum etmək istəyib. Lakin məşqçilər heyəti onu meydandan çıxara bilib.

Qeyd edək ki, hazırda davam edən matçda hesab 0:0-dır.