“Qəbələ”nin futbolçusu milli ilə çempion oldu - Video

“Qəbələ”nin futbolçusu milli ilə çempion oldu
Oxunma sayı: 1246

“Qəbələ”nin futbolçusu Omar Haninin çıxış etdiyi İordaniyanın U-23 millisi Qərbi Asiya Futbol Federasiyasının (WAFF) keçirdiyi turnirin qalibi olub.

“Qafqazinfo” xəbər verir ki, Səudiyyə Ərəbistanında keçirilən yarışın finalında İordaniya meydan sahibləri ilə üz-üzə gəlib və 3:1 hesabı ilə qalib gələrək çempion olub. Omar Hani görüşün ikinci hissəsində meydana daxil olub. O,komandasının 3-cü qolunun ötürməsini verib.
 
Qeyd edək ki, WAFF U-23 çempionatında 11 komanda iştirak edir və turnir 2015-ci ildən keçirilir.