“Qəbələ”nin futbolçusu və meneceri cəzalandırıldı

qebelenin-futbolcusu-ve-meneceri-cezalandirildi
Oxunma sayı: 1290

“Qəbələ-2”nin futbolçusu Rauf Rüstəmli və komandanın meneceri Muraz Muradlı hakimi təhqir etdikləri üçün cəzalanıblar.

“Qafqazinfo” xəbər verir ki, İntizam Komitəsi I Divizionun XXIII turunda “Araz Naxçıvan”la matçda nalayiq ifadələr işlətdiyinə görə oyunçuya 4, klub rəsmisinə isə 5 oyunluq cəza kəsib.

Birbaşa qırmızı vərəqə alan şəxslər "qırmızı-qaralar"ın müvafiq olaraq 320 və 400 manat məbləğində cərimələnməsinə də səbəb olublar.