“Qəbələ”nin Gənclər Liqasında potensial rəqibləri bəlli oldu

qebelenin-gencler-liqasinda-potensial-reqibleri-belli-oldu
Oxunma sayı: 663

Sabah UEFA Gənclər Liqasında mövsümün ilk püşkatma mərasimi keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan çempionu “Qəbələ”nin də 1/32 finaldakı rəqibi bəlli olacaq.

Bakı vaxtı ilə saat 15:00-da başlayacaq tədbirdə əvvəl Çempionlar Liqası yolu, ardınca Çempionlar yolunun iştirakçıları cütlərə bölünəcək. Hər yol üzrə 32 komanda 16 cüt təşkil edəcək.

“Qəbələ” Çempionlar yolunda mübarizə aparacaq. Martın 2-3-də keçiriləcək 1/32 finalın iştirakçıları püşk ərəfəsində qruplara bölünüb. Hər qrupda 8 komanda yer alıb.

Azərbaycan çempionu 4-cü qrupa daxil edilib. “Qəbələ”nin 7 mümkün rəqibi var. Bunlar “Çertanovo” (Rusiya), “Dinamo” (Minsk, Belarus), “Kayrat” (Qazaxıstan), “Makkabi” (Hayfa, İsrail), “Lüdororets” (Bolqarıstan), “Şkendiya” (Şimali Makedoniya) və “Şerif” (Moldova) klublarıdır.