“Qəbələ”nin kapitanı cəzalandırıldı

qebelenin-kapitani-cezalandirildi
Oxunma sayı: 1131

AFFA İntizam Komitəsi “Qəbələ”nin futbolçusu Urfan Abbasovun cəzasını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, Premyer Liqanın 24-cü turunda “Turan Tovuz”la keçirilən oyunda ikinci sarı vərəqə alaraq meydandan qovulan “qırmızı-qaralar”ın kapitanı bir matçlıq diskvalifikasiyaya məruz qalıb.

Onun hərəkəti bölgə təmsilçisinə 200 manatlıq cərimə bahasına başa gəlib.

“Sabah”la görüşdə 4 oyunçusu sarı vərəqə alan “Sumqayıt” isə 800 manat məbləğində cərimələnib.