Azərbaycan Kubokunun yarımfinalında keçirilən “Qarabağ” - “Qəbələ” oyununda gərginlik yaşanıb.
“Qafqazinfo” xəbər verir ki, qonaqların baş məşqçisi Sənan Qurbanov hakimlərə kəskin şəkildə etiraz edib. O, ağdamlıların oyunçusu Riçard Almeydanın “Qəbələ”nin futbolçusu Davit Volkoviyə qarşı kobud oynamasını göstərərək hakimin epizodu fol kimi dəyərləndirməməsinə sərt iradlarını bildirib. Nəticədə matçın baş hakimi İnqilab Məmmədov Sənan Qurbanovu məşqçilər skamyasından qovub.
Qeyd edək ki, hazırda “Qarabağ” “Qəbələ” matçında hesab 2:1-dir.
Son xəbərlər
Son Xəbərlər