“Qəbələ”nin “Neftçi” ilə görüşü baş tutmayacaq

qebelenin-neftci-ile-gorusu-bas-tutmayacaq
Oxunma sayı: 846

“Qəbələ” 2020/21 mövsümünün ikinci hissəsinin hazırlıqlarına bu gün start verəcək.

“Qafqazinfo” klubun rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” Qəbələdə bir araya gələcək.

Komandanın 2021-ci ildə ilk məşqi günün ikinci yarısına təsadüf edəcək. Elmar Baxşıyevin kollektivi hazırlıq prosesi çərçivəsində öncədən nəzərdə tutulduğu kimi iki deyil, bir yoxlama görüşü keçirəcək.
 
Yanvarın 10-na planlaşdırılan “Neftçi” ilə görüş baş tutmayacaq. Ayın 13-dək Qəbələ şəhər stadionunda hazırlıq keçəcək “qırmızı-qaralar” toplanışı Bakıda davam etdirəcək. Yanvarın 14-də komanda “Sumqayıt”la matçda qüvvəsini sınayacaq. “Qəbələ”nin məşqlərinə U-19 komandasının dörd üzvü də qatılacaq.