“Qafqazinfo” kluba istinadən xəbər verir ki, “Qəbələ” birinci divizionda çıxış edən “Zirə”ni sınağa çəkib.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçirilən qarşılaşmada “Qəbələ” qalib gəlib – 3:1. Yoxlama oyununun taleyini ilk yarışda iki qol vuran Mixail Sivakov həll edib. Belaruslu legioner 10-cu və 42-ci dəqiqələrdə rəqib qapısına yol tapıb. “Qəbələ”nin üçüncü qolunu isə Ekiqo Ehiosun vurub. O, matçın 67-ci dəqiqəsində rəqibi məyus edib.
“Qəbələ” Topaz Premyer Liqasında növbəti oyununu fevralın 6-da öz meydanında AZAL-a qarşı keçirəcək.
Son xəbərlər
Son Xəbərlər