“Qəbələ”nin sabiq futbolçusu 4,2 milyona transfer olundu

qebelenin-sabiq-futbolcusu-42-milyona-transfer-olundu
Oxunma sayı: 742

“Qəbələ”nin braziliyalı sabiq legioneri karyerasını Leonardo da Silva Səudiyyə Ərəbistanda davam etdirəcək.

“Qafqazinfo” xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi ukraynalı Sergey Rebrovun baş məşqçisi "Əl-Əhli" klubuna keçib.

Onunla "1+1" sistemi ilə rəsmi müqavilə imzalanıb. 'rəblərin bu transferə görə Leonardonun son klubu "Partizan"a 4,2 milyon avro ödədiyi bildirilir. 

Leonardo yeni baş məşqçisinə Ukraynadana tanışdır. Çünki o, "Qəbələ"yə gələnədək 2012/13 mövsümündə Donetskin "Metallurq" klubuna oynayıb və 9 matçda 1 qol vurub. Braziliyalı 2013/14 mövsümündə "Qəbələ"nin heyətində milli çempionatımızın bürünc medalçısı olub. Bundan sonra isə futbolçunun karyerası Rusiyada "Anji" və Serbiyada "Partizan" klubuna bağlı olub.