“Qəbələ”nin sabiq futbolçusu erməni klubunda - Foto

qebelenin-sabiq-futbolcusu-ermeni-klubunda
Oxunma sayı: 778

Rusiya millisinin sabiq futbolçusu Marat İzmaylov Moskvanın “Ararat” klubuna keçib. “Qafqazinfo” xəbər verir ki, 34 yaşlı futbolçu qarşıdakı mövsümü Rusiyanın ikinci divizion klubunda keçirəcək.

Məlumat üçün deyək ki, “Ararat” klubu 2017-ci ildə yaradılıb və Rusiyanın 3-cü divizionunda mübarizə aparıb. Növbəti mövsümdən ikinci divizionda çıxış edəcəklər. Marat İzmaylovdan əvvəl daha bir tanınmış futbolçu – Roman Pavlyuçenkonun da transferini reallaşdırmışdılar. Kluba ermənilər rəhbərlik edirlər, prezident Andronik Keropyandır.
 
Qeyd edək ki, Marat İzmaylov karyerası ərzində “Lokomotiv”, “Sportinq”, “Portu”, “Qəbələ” və “Krasnodar” klublarında çıxış edib.