“Qəbələ”nin sabiq məşqçisi zəlzələdə həlak oldu

qebelenin-sabiq-mesqcisi-zelzelede-helak-oldu
Oxunma sayı: 4706

2009-2015-ci illərdə “Qəbələ” Futbol Akademiyasında qapıçı məşqçisi işləyən Uğur Kurt Türkiyədəki zəlzələ nəticəsində vəfat edib.

"Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu "Başakşehir"in prezidenti Göksel Gümüşdağ açıqlayıb.

"Akademiyamızda işləmiş, son olaraq "İskenderunspor"da çalışan Uğur Kurtun vəfat xəbərini üzüntü ilə öyrəndik" - deyə o bildirib.

Qeyd edək ki, 53 yaşlı mütəxəssis  “Zeytinburnuspor” (2004), “Qalatasaray” (2006), “Sarıyer” (2015), “Boluspor” (2016), “Karagümrük” (2016), “Manisaspor” (2017), “İstanbulspor” (2018), “Başakşehir” (2022) klublarında da fəaliyyət göstərib.