Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Macarıstanın MTK klubunun qonağı olacaq “Qəbələ”nin səfər planı bəllidi.
"Qafqazinfo" xəbər verir ki, “qırmızı qaralar” iyulun 13-də, saat 10:00-da Vyanaya yola düşəcək. Komandanın Avstriyaya getməsinin səbəbi isə məlum olduğu kimi, digər təmsilçimiz “Kəpəz”lə eyni təyyarədən istifadə etməsidir. Qarşılaşmanın keçiriləcəyi Dyor şəhəri Vyanaya Budapeştdən daha yaxın olduğuna görə təyyarə məhz bu şəhərə üz tutacaq. Sonra isə “qırmızı-qaralar” Dyor şəhərinə avtobusla yollanacaq. “Qəbələ” burada “ETO Park” otelində məskunlaşacaq. “Qırmızı-qaralar” saat 20:00-da oyunöncəsi son məşqinə çıxacaq.
Qeyd edək ki, sözügedən matç Bakı vaxtı ilə 22:30-da start götürəcək.
Rəqibi daha yaxından tanımaq üçün videonu izləyə bilərsiniz:
Son xəbərlər
Son Xəbərlər