“Bankirlər”in gürcüstanlı forvardı sabah Topaz Premyer Liqasının 26-cı turunda baş tutacaq “Qəbələ” ilə oyundan danışıb: “Maksiumum gücümüzü ortaya qoyub qələbə qazanmalıyıq. Turnir cədvəlindəki vəziyyətinə baxmayaraq “Qəbələ” yaxşı komandadır. Onların yaxşı futbolçuları və Roman Qriqorçuk kimi baş məşqçiləri var. Heç kim asan oyun gözləməsin”.
Sxadadze “İnter”in həm kubokda, həm çempionatda sona qədər mübarizə aparacağını bildirib: “Qarabağ”la aramızda olan böyük xal fərqinə baxmayaraq bu, futboldur və mexaniki də olsa şans varsa, biz sona qədər mübarizə aparmalıyıq. Kubok da bizim üçün Premyer Liqa kimi, çox vacibdir. Hesab edirəm ki, bizim hər iki cəbhədə sona qədər mübarizə aparmağa imkanımız var”.
Son xəbərlər
Son Xəbərlər