“Qəbələ”nin yeni transferi koronavirusa yoluxub

qebelenin-yeni-transferi-koronavirusa-yoluxub
Oxunma sayı: 817

“Qəbələ”nin yeni futbolçusu Patrik Alfineto koronavirusa yoluxub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı klubun baş meneceri Nail Kərimov verib. 

O bildirib ki, bu səbəbdən futbolçu klubun Antalyadakı təlim-məşq toplanışına gec qoşulacaq. 

Kərimov həmçinin klubun “Səbail”in müdafiəçisi Turan Manafovla danışıqlar apardığını açıqlayıb: “Ona təklif göndərmişik və cavab gözləyirik”. 

Klub rəsmisi zədəli futbolçu Ürfan Abbasovun durumundan danışıb: “Hələ ki, Ürfan müalicə olunur. Əməliyyata ehtiyac olsa, edəcəyik”.