Qəbələyə 60 sm qar yağıb - Video

qebeleye-60-sm-qar-yagib
Oxunma sayı: 2840

“Qəbələ rayonu ərazisindən axan Bum çayının hövzəsində qarölçmə işlərini davam etdiririk. Bu ərazidə duman müşahidə olunur və qar yağır. Hazırda qarın hündürlüyü 40 sm-dir”.

Bu barədə “Qafqazinfo”ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev məlumat verib.

Onun sözlərinə görə, bəzi yerlərdə qarın hündürlüyü 50-60 sm arasında dəyişir.

A.Verdiyev bildirib ki, qarölçmə işlərinə martın 9-dan başlanılıb. Respublika çaylarında yaz-yay gursululuq dövrünün proqnozlaşdırılması məqsədilə Böyük Qafqazın dağlıq ərazilərində hazırda qarölçmə işləri davam edir.