“Qəbələ”yə daha çox qol vurmalı idik” - Baş məşqçi

qebeleye-daha-cox-qol-vurmali-idik
Oxunma sayı: 740

“Biz matçda üstün tərəf idik. "Qəbələ"yə daha çox qol vurmalı idik”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Yunanıstanın “Panatinaikos” klubunun baş məşqçisi Marinos Ozunudis Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində “Qəbələ”yə 1:0 hesabı ilə qalib gəldikləri ev matçından sonra keçirilən mətbuat konfransında bildirib.

Yunan mütəxəssis komandasının qələbəsini layiqli sayır: “Hazırlığımızın bəhrəsini bu oyunda gördük. İkinci oyun daha çətin olacaq. Çünki rəqib də güclü komandadı”.

Xatırladaq ki, “Qəbələ” – “Panatinaikos” matçı avqustun 3-də saat 21:00-da "Bakcell Arena"da keçiriləcək.