““Qəbələ”yə məğlub da ola bilərdik” - PAOK-un baş məşqçisi

qebeleye-meglub-da-ola-bilerdik
Oxunma sayı: 1860

Avropa Liqasının qrup mərhələsi çərçivəsində baş tutan və qolsuz bərabərliklə bitən "Qəbələ" - PAOK qarşılaşmasından sonra Yunanıstan təmsilçisinin baş məşqçisi İqor Tudor mətbuat konfransı keçirib.

"Qafqazinfo" xəbər verir ki, xorvatiyalı mütəxəssis nəticədən və oyundan razı qaldığını bildirib.

- Nəticə sizi qane etdimi? Bu nəticə nə vəd edir?

- Kifayət qədər yaxşı futbol oynadıq. Biz qələbəyə daha yaxın idik. "Qəbələ" ilə səfərdə oynamaq asan deyil. Məğlub da ola bilərdik. Heç-heçəni qənaətbəxş nəticə sayıram.

- Dəyişikliklər etdiniz. Taktiki cəhətdən səhv etdiyinizi düşünmürsünüz?

- Hər bir məşqçinin oyuna öz baxış bucağı var. Son 10 dəqiqədə riskli əvəzləmələr etdik. Bunun da səbəbi qələbə qazanmaq istəyimiz idi. Alınmadı. Bəzi futbolçuların oyunu alınmadı. Onların günü deyildi.

- Berbatovu start heyətdə yaxın zamanlarda görəcəyikmi?

- Bir qədər zamana ehtiyac var. Optimal formasını yığdıqdan sonra əlbəttə ki, onun xidmətindən maksimum yararlanacağıq.

- Qrupda ilk oyun həmişə çətin olur. Futbolçulardan razı qaldınızmı?

- Sərgilənən futboldan razı qaldım. Doğrudu, futbolçular formalarının zirvələrində deyillər, amma ilk oyun üçün razı qaldım.

- Uzaqdan zərbələrdən istifadə etmirdiniz. Rəqibin əks-hücumları zamanı komandanızda sürət çatmırdı.

- Əlbəttə, çatışmazlıqlar var idi. Deməzdim ki, uzaq məsafədən zərbələrimiz təhlükəli alınmırdı. Hətta qalib gəldiyimiz oyunla rda çatışmazlıqları futbolçulara başa salıram.

Elsevər