Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandıqdan sonra Qəbələdə tam heyətlə ilk məşqinə çıxan "Qəbələ" məşqdən öncə xoş sürprizlə qarşılaşıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun rəsmi “facebook”ində məlumat yerləşdirilib. “Qəbələ”nin futbol akademiyasının komandaları əsas komandanı məşq meydançasında alqışlarla qarşılayıblar.
Ardından isə əsas heyət üzvlərinə paxlava ikram edilib. Akademiya futbolçuları qarşısında qısa çıxış edən baş məşqçi Roman Qriqorçuk onlara təşəkkür edib və belə addımların onları həvəsləndirdiyini, daha məsuliyyətli olmağa sövq etdiyini deyib.






Son xəbərlər
Son Xəbərlər