Qəbiristanlıqda Bayraq Meydanı tikilir- - Gəncədə+Video

qebiristanliqda-bayraq-meydani-tikilir-
Oxunma sayı: 2354


“Qafqazinfo” Kəpəz TV-yə istinadən xəbər verir ki, Bayraq Meydanı “Şəhidlər” abidə kompleksinin arxasında tikilir. İki gündür ki, start verilən işlər davam edir və hazırda ərazidə torpaqbərkitmə işləri görülür. Bayraq Meydanı təxminən 20 min kv.m ərazidə olacaq. Burada qurulacaq bayraq 60 metr hündürlükdə dalğalanacaq, ətrafda yaşıllıq salınacaq. Bildirək ki, qəbiristanlıqda Qarabağ müharibəsində həlak olan 366 şəhidin məzarı da tamamilə yenidən qurulub. 

Həmçinin  xiyabanın mərkəzində hündürlüyü 18 metr olan 8 guşəli “Şəhidlər” abidə kompleksi də inşa edilib.