Qəbiristanlıqdan oğurluq edən Bakı sakinləri tutuldu

qebiristanliqdan-ogurluq-eden-baki-sakinleri-tutuldu
Oxunma sayı: 1237

İyunun 28-nə keçən gecə Sabunçu qəsəbəsi ərazisindəki qəbiristanlıqların birindən 10 qəbirin ətrafına çəkilmiş məhəccərin qapılarının oğurlanması barədə Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə müraciət daxil olub.

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa müddətdə polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla onların Bakı şəhər sakinləri Valeh Babayev və Fərid Əliyev olduqları müəyyən edilib.