Qəbiristanlıqdan sinə daşını oğurlayıb satdı - Foto

qebiristanliqdan-sine-dasini-ogurlayib-satdi
Oxunma sayı: 3223

Gəncədə qəbiristanlıqdan oğurluq edən şəxs saxlanılıb.

Bu barədə “Qafqazinfo”ya DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki qəbiristanlıqların birindən mərmərdən hazırlanan sinə daşını və güldanları oğurlamaqda şübhəli bilinən şəhər sakini Xətai Tağıyev saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, mərmər sexində işləyən şübhəli şəxs oğurladığı əşyaları başqa bir rayondan olan mərhumun ailə üzvlərinə satıb.

Maddi sübutlarla birlikdə istintaqa təhvil verilən X. Tağıyev törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.