İŞİD terrorçuları İraqın şimalında qəbirstanlıqda partlayış törədilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Məlumata əsasən, insident Salahəddin vilayətində qeydə alınıb. İŞİD terrorçularının qəbirstanlıqda törətdikləri hücum nəticəsində 10 nəfər ölüb, daha 14 nəfər isə yaralanıb.
Qeyd edək ki, İraq baş naziri Heydər Əl-İbadi 2017-ci ilin dekabrın 18-də İŞİD-in İraq torpaqlarıından tamamilə təmizləndiyini açıqlamışdı. Ancaq terror təşkilat hazırda ölkənin şimal hissəsində xüsusilə də Kərkük və Salahəddin vilayətlərində hücumlar təşkil edir.
Son xəbərlər
Son Xəbərlər