Qebreyesus yenidən ÜST-ün rəhbəri seçildi

qebreyesus-yeniden-ust-un-rehberi-secildi
Oxunma sayı: 1154

Cenevrədə keçirilən 75-ci xüsusi sessiyada Ümumdünya Səhiyyə Assambleyası Ümumdünya Səhiyyə Təşkilatının hazırkı rəhbəri Tedros Adhanom Qebreyesusu ikinci müddətə yenidən bu posta seçib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, ÜSA-nın qapalı iclasında baş direktorun təyin edilməsi ilə bağlı qətnamə qəbul edilib.

Qətnamədə belə deyilir: “75-ci Ümumdünya Səhiyyə Assambleyası İcraiyyə Şurasının təyinatı ilə Dr. Tedros Adhanom Qebreyesus-u ÜST-nin Baş Direktoru təyin edir".

Qebreyesus ilk dəfə 2017-ci ilin mayında ÜST-ün Baş direktoru vəzifəsinə seçilib.