Qəbrisitanlıqdan oğurluq ediblər - Video

qebrisitanliqdan-ogurluq-edibler-
Oxunma sayı: 1475

Bərdə rayonunun Ləmbəran kənd qəbiristanlığından oğurluq olub.

“Qafqazinfo” Kəpəz TV-yə istinadən xəbər verir ki, oğrular məzarların ətrafına çəkilən metal qoruyucuların üzərindəki alüminium naxış lövhələri oğurlayıblar. Sakinlər deyirlər ki, kənddən 2 kilometr aralıda yerləşən qəbiristanlıqdakı oğurluqdan narahatdırlar. Onlar hadisəni törədənlərin tezliklə tapılmasını istəyirlər.İndi ləmbəranlıları narahat edən başqa bir məsələ də, gələcəkdə bu cür faktların təkrarlana bilməsidir. Onlar lövhələrdən sonra tamahgirlərin bahalı baş daşlarını oğurlayacaqlarından naraht olduqlarını ifadə ediblər.

Sakinlər bildirirlər ki, faktla bağlı Ləmbəran kənd inzibati ərazi nümayəndəliyinə məlumat verilib.