Qəbul imtahanlarına bu məlumatlarla bağlı suallar salınacaq

qebul-imtahanlarina-bu-melumatlarla-bagli-suallar-salinacaq
Oxunma sayı: 1823

“Hər ilin dekabrında qəbul proqramı müzakirə olunur. Bu il də həmin proses gedir. Qəbul imtahanlarının məzmununa işğaldan azad edilən ərazilərin tarixi, Azərbaycanın ərazisinin yeni coğrafi bölgüsü ilə bağlı məlumatlar salınacaq”.

“Qafqazinfo” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə III ixtisas qrupunda bəzi ixtisaslar üzrə imtahan fənlərinin dəyişdirilməsi ilə bağlı keçirdiyi onlayn mətbuat konfransında bildirib. 

“Mən əminəm ki, abituriyentlər vətənpərvərdilər. Onlar təkcə rayonların işğal tarixləri ilə bağlı deyil, azad olunan rayonlarımız barədə də yaxşı məlumatlıdırlar. İşğaldan azad edilən ərazilərimizlə bağlı yeniliklər də imtahanın məzmununda əks olunacaq”, - deyə M. Abbaszadə bildirib.

Gülnar Əliyeva