“Qəbul imtahanları üçün proqramlar və tapşırıq nümunələri “Abituriyent” jurnalının birinci sayında dərc olunur. Bu proqramlarda da bir sıra mövzular ixtisar edilib. Tarix fənni üzrə proqrama isə “Qarabağ uğrunda Vətən müharibəsi (İkinci Qarabağ müharibəsi)” mövzusu daxil edilb”.
“Qafqazinfo” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mətbuat konfransında bildirib.
O qeyd edib ki, bu mövzu hələlik dərsliklərə daxil edilməyib. Bunu nəzərə alaraq, mövzu ilə bağlı mətn “Abituriyent” jurnalının ikinci sayında dərc olunacaq. İmtahanda həmin mətn üzrə tapşırıqlardan istifadə olunacaq.
M. Abbaszadə əlavə edib ki, 9 və 11 illik təhsil bazasından buraxılış imtahanları üçün proqramlar və tapşırıq nümunələri “Abituriyent” jurnalının xüsusi buraxılışlarında dərc olunub. Tədris prosesinin mövcud vəziyyəti nəzərə alınaraq Təhsil Nazirliyinin mütəxəssisləri ilə birgə müzakirələr və razılaşmalar əsasında proqramlarda sadələşmələr aparılıb. Bu haqda jurnallarda geniş məlumat verilib.
Gülnar Əliyeva
Son xəbərlər
Son Xəbərlər