“Qəddafi geri çəkilməyə hazır olduğunu bildirib”

qeddafi-geri-cekilmeye-hazir-oldugunu-bildirib
Oxunma sayı: 663

“Qafqazinfo”nun “Associated Press”ə istinadən verdiyi məlumata görə, Jüppe deyib ki, Qəddafi nümayəndələri ilə danışıqlardan sonra bu nəticəyə gəliblər. Fransalı nazir onu da qeyd edib ki, hələlik diplomatik əlaqələr bilavasitə danışıq prosesi üçün əsas deyil. Onun sözlərinə görə, Qəddafinin adamları Fransadan başqa ABŞ və Türkiyəyə də baş çəkiblər: “Biz elçiləri qəbul edirik və onlar deyirlər ki, Qəddafi getməyə hazırdır. Artıq sual Qəddafinin prinsiplərlə gedəcəyi deyil, nə vaxt və necə gedəcəyidir”. O, həmçinin Qəddafinin öz istəyi ilə hakimiyyətdən geri çəkiləcəyinə inanmadığını deyib: “Mənim fikrimcə Fransa Liviya rejiminə hərbi metodlarla təzyiq göstərməyə davam etməlidir”.

Qeyd edək ki, Qəddafinin oğlu Seyfülislam Liviya rəhbərliyinin Fransa hökuməti ilə görüşdüyünü demişdi.

Nərgiz Ehlamqızı