Qəddafi geri çəkilməyə razılıq verdi

qeddafi-geri-cekilmeye-raziliq-verdi
Oxunma sayı: 642

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Rusiya rəhbərliyində yüksək vəzifəli mənbə bildirib ki, NATO da onunla görüşməyə hazırdır. Mənbənin sözlərinə görə, Fransa bu məsələdə ən güzəştli mövqe tutur. Fransa nəinki Qəddafi və ailəsinin dondurulmuş hesabını açmağa, hətta onun həbsinə verilmiş qərarı ləğv etməyə hazırdır. Bundan başqa liderin vətənində qalması məsələsi də müzakirə edilir.

Lakin Qəddafinin şərti olduğu və müxalifətin bu şərtlə razılaşmadığı bildirilir. Şərtə görə seçkilər onun ssenarisi ilə keçirilməli və oğlu Seyfülislam da bu seçkilərdə namizədliyini irəli sürməlidir.

Benqazidə isə hesab edirlər ki, bu təkliflə Qəddafi yenə də hakimiyyətə nəzarət etmək istəyir. Milli keçid şurasının nümayəndəsi Əbdülsəlam Majrox bildirib ki, Qəddafinin bu planı qaçılmaz partlayışı doğuracaq.

Paytaxt Tripolidə Qəddafi tərəfdarları bildirirlər ki, onlar öz liderinin gedişini qəbul etməyə hazırdırlar, lakin hakimiyyəti “qərb yönümlü itlərə” təhvil vermək istəmirlər. Onların fikrinə görə, əgər üsyançılar həqiqətən demokratiyaya nail olmaq istəyirlərsə, onda onlar ölkənin bütün siyasi güclərini seçkilərə buraxmalıdırlar.

Nərgiz Ehlamqızı