Qəddafi: “Kürəyimiz divardadır”

qeddafi-kureyimiz-divardadir-
Oxunma sayı: 650

“Siz uşaqlarımızı, nəvələrimizi öldürdükdən sonra aramızda heç bir razılaşma yoxdur. Kürəyimiz divardadır. Siz (Qərb) geri addım ata bilərsiniz. Döyüş siz qalib gələnə qədər davam edə bilər amma tükənməyəcəyik”. O, ölümdən qormadıqlarını, heç sağ qalmaq istəmədiklərini də bildirib. Yaxın dostu Huildi Hamidinin ölümündən kədərlənən Qəddafi əsəbi şəkildə danışıb: “Hansı haqla siz siyasətçiləri və ailələrini hədəf seçirsiniz? Hamidinin Tripolidəki ofisi dörd dəfə bombalanıb. Onu axtarırdılar, çünki o qəhrəman idi. Ofisində tapa bilmədilər və onu evində öldürməyə çalışdılar”.

Qəddafi qeyd edib ki, əgər NATO dediyi kimi hərbi qurum olmadığını təsdiqləmək istəyirsə, Hamidinin bombalanan iqamətgahına araşdırma qrupu göndərsin. O, həmçinin bombardman nəticəsində ölən Hamidinin dörd yaşındakı nəvəsi Xalidənin xatirəsinə Şimali Afrikanın ən böyük abidəsini tikəcəyinə söz verib: “Qalacağıq, müqavimət göstərəcəyik və boyun əyməyəcəyik. İki, üç, on və ya yüz vurun.Qürur Hamidi ailəsinin zəfər bizimdir”.

Nərgiz Ehlamqızı