Qəddafinin nümayəndələri Sarkozi ilə görüşdü

qeddafinin-numayendeleri-sarkozi-ile-gorusdu
Oxunma sayı: 646

“Qafqazinfo”nun məlumatına görə, “Əl Habar” qəzetinə müsahibə verən Seyfülislam Qəddafi bildirib ki, üsyankarlarla deyil, Fransa ilə görüşürlər: “Fransa prezidenti Nikolya Sarkozi ilə görüşən təmsilçimiz Sarkozinin özünə deyib ki, müxaliflərin yaratdığı şuranı biz qurduq və bizim dəstəyimiz, pulumuz, silahlarımız olmadan bu şura davam edə bilməz. Fransa isə bizə bildirib ki, sizinlə (Tripoli rəhbərliyi ilə) razılaşmaya nail olduğumuz zaman şuranı atəşkəsə məcbur edəcəyik”.

Liviya məsələsində sərt mövqeyi ilə tanınan Fransanın müdafiə naziri Cerard Lonquet dünən Fransa BFM TV-yə Liviyadakı müxalifətlə bağlı deyib ki, onlara öz aralarında danışmağı məsləhət görüblər. Onun sözlərinə görə, müxalifətin qurduğu Milli keçid Şurası masa ətrafında oturmalıdır.

Qəddafi iqtidardan getməsə danışıqların baş tutub tutmayacağı ilə bağlı Lonquet deyib ki, Qəddafi sarayın başqa bir otağında olacaq.

Lonquetin televiziyada yayımlanan çıxışından sonra “Ağ Evdən”dən ünvanlanan suala yazılı cavabında qeyd edib ki, keçidin necə olacağına Liviya xalqı qərar verəcək: “Lakin Qəddafinin iqtidarda qalmayacağı ilə bağlı qərarımızda güzəşt olunmayacaq”.

Nərgiz Ehlamqızı