Qədir Rüstəmovun xatirəsi “Qarabağ”-“Rəvan” matçında anılacaq

qedir-rustemovun-xatiresi-qarabag-revan-matcinda-anilacaq
Oxunma sayı: 635

“Qarabağ” futbol klununun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun ANS PRESS-ə verdiyi məlumata görə, sabah 14:00-da başlayacaq matçda dünyasını dəyişmiş, Quzanlı qəsəbəsindəı doğulmuş xalq artisti Qədir Rüstəmovun xatisrisi yad ediləcək.

Xatırladaq ki, iki aydır İstanbulun Acıbadəm xəstəxanasında koma vəziyyətində yatan Qədir Rüstəmov dünən saat 11:00 radələrində 76 yaşında dünyasını dəyişib. Bu barədə ANS PRESS-ə məlumatı sənətçinin həkimi Ceyhun Solakoğlu verib. Həkimin sözlərinə görə, xalq artisinin ölümünün səbəbi yayılmış herpes virusu ilə bağlı orqan çatışmazlığıdır.