Qəhrəman İbrahimovun cənazəsi ailəsinə təhvil verildi

qehreman-ibrahimovun-cenazesi-ailesine-tehvil-verildi
Oxunma sayı: 2119

Qazaxıstan Respublikasının Sərhəd Xidmətinin Sahil Mühafizə­sinin əməkdaş­ları tərəfindən öldürülən Neftçala rayonu sakini, 1969-cu il təvəllüdlü İbrahimov Qəhrəman Kamil oğlunun cənazəsi bu gün qəbul edil­ib.

"Qafqazinfo" xəbər verir ki, bununla bağlı Dövlət Sərhəd Xidməti məlumat yayıb. Artıq cənazə mərhumun ailəsinə təhvil verilib.

Xatırladaq ki, Q. İbrahimov 30 apreldə Xəzər dənizinin mərkəzi istiqamə­tində Qazaxıstanın Sərhəd Xidmətinin Sahil Mühafizə­sinin əməkdaş­ları tərəfindən Xəzər dənizində 4 nəfər Azərbaycan vətəndaşının saxlanılması zamanı silahın tətbiqi nəticəsində vəfat etmişdi.