“Qafqazinfo”ya daxil olan məlumata görə, tədbiri giriş sözü ilə açan YAP Gənclər Birliyinin sədri Seymur Orucov layihə barədə məlumat verərək bildirib ki, layihənin keçirilməsində əsas məqsəd Azərbaycanın müstəqilliyi uğurnda canlarını qurban verən qəhramanlarımızın yeni nəsil gənclərə tanıdılmasıdır: “Layihənin həyata keçirilməsi göstərdi ki, müasir gənclik tam vətənpərvər bir ruhda böyüyür. Bu gündə ərazilərimizin 20 faizi ən böyük düşmənimiz olan Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Buna baxmayaraq Azərbaycanın həyata keçirdiyi xarici siyasət nəticəsində bu ölkənin iqtisadi vəziyyəti iflic vəziyyətinə düşüb, vətəndaşları xarici ölkələr üz tutur. Biz bu siyasəti davam etdirməli və torpaqlarımızı işğaldan azad etməliyik”.
Layihə rəhbəri Vüsalə Hüseynova isə çıxışı zamanı qeyd edib ki, layihənin əsas məqsədi gənclərdə vətənpərlik ruhunun yüksədilməsidir.
Onu da qeyd edək ki, “Qəhramanlıq Səlnaməsi” layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilmiş və layihədə iştirak edən fəal gənclərə sertifikatlar təqdim edilib.
Son xəbərlər
Son Xəbərlər