Qəhvə qarşılığında döyüş təyyarələri alacaqlar

qehve-qarsiliginda-doyus-teyyareleri-alacaqlar
Oxunma sayı: 760

ABŞ və Avropa İttifaqının Rusiyaya sanksiyalarını fürsət olaraq görən İndoneziya, qəhvə, palma yağı və digər qidalar qarşılığında rus hərbi təyyarələri alacaq.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, İndoneziyanın ticarət naziri Enqartiasto Lukita veriləcək qidaların qarşılığında Rusiyadan 11 ədəd “Su-35” təyyarəsinin alınacağını açıqlayıb.

Xatırladaq ki, bir müddət öncə Rusiyanın müdafiə sənayesi şirkəti “Rostec” və İndoneziyanın “PT Perusahaan Perdagangan Indonesia” şirkəti arasında ticarət müqaviləsi imzalanmışdı.