“Bütün Qazaxıstanı təbrik etmək istəyirəm. Futbolçularım göstərdi ki, yaxşı futbol oynaya bilirlər. Nəticə ikinci yerdə idi”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Qazaxıstan millisinin baş məşqçisi Stanimir Stoilov Azərbaycan yığmasını Astanada 3:0 hesabıyla məğlub etdikləri yoldaşlıq görüşünü dəyərləndirərkən bildirib.
Yerli mətbuata danışan bolqar mütəxəssisin sözlərinə görə, onlarda inkişaf üçün potensial var:
“Qələbə bizdə hər şeyin qaydasında olması demək deyil. Görünür ki, yetirmələrim ilk hissədə yaxşı oynayırdı. Ancaq sonradan yoruldular. Bizdə hücumda aqressiya çatmadı. Ümid edirəm ki, avrokubok matçları futbolçulara səviyyəni qaldırmağa imkan verəcək. Sonradan meydana çıxan futbolçuların oyunu gücləndirmələri sevindirir. Bu, o deməkdi ki, bizdə rəqabət var. Futbolçular hələ inkişaf edəcəklər. Qarşılaşmanın ilk yarım saatında olduğu kimi 90 dəqiqə oynamaq lazımdı”.
Stolilov qazaxıstanlı futbolçuların potensialının olduğunu bildirib:
“Kim ki ölkə uğrunda döyüşməyə istəyirdisə, milliyə çağırılmışdı. Onlara özünəinam vermək istəyirdik. Onlar da uğursuzluqdan, söhbətlərdən yorulublar ki, guya bizdə futbolçular yoxdu. Bəli, bizdə çox sayda oyunçular var, ancaq hələ inkişaf edə bilərlər...”
Son xəbərlər
Son Xəbərlər