Qələbə günü 26 dərəcə isti olacaq

qelebe-gunu-26-derece-isti-olacaq
Oxunma sayı: 948


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya daxil olan  məlumata görə, havanın temperaturunun gecə 8-13, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 75-80, gündüz 50-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında mayın 9-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin səhər və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 8-13, gündüz 21-26, dağlarda gecə 2-7, gündüz 10-15 dərəcə isti olacaq.