“Qələbə günü” Lənkəranda da qeyd olundu

qelebe-gunu-lenkeranda-da-qeyd-olundu
Oxunma sayı: 745

Mayın 9-da Lənkəranda alman faşizmi üzərində tarixi qələbənin 72-ci ildönümü təntənə ilə qeyd olunub. 

İH-dən “Qafqazinfo”ya daxil olan məlumata görə, icra başçısı Taleh Qaraşov, aparat rəsmiləri, müharibə veteranları, arxa cəbhə iştirakçıları, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri əvvəlcə Naməlum Əsgərin abidəsi önünə gül dəstələri qoyublar.

Daha sonra iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun adını daşıyan Xatirə Parkında cəsur sərkərdənin əzəmətli abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.

Bayram şənliyi Gənclər Mərkəzində ziyafət stolu arxasında davam etdirilib.