Qələbə qolunu vuran Abbas niyə ağlayıb? - Yenilənib+Fotolar

qelebe-qolunu-vuran-abbas-niye-aglayib
Oxunma sayı: 6617

Konfrans Liqasının qrup mərhələsində baş tutan “Qarabağ” - “Kayrat” matçında qələbə qolunu vuran Abbas Hüseynov göz yaşlarını saxlaya bilməyib.

“Qafqazinfo” xəbər verir ki, 90+2-ci dəqiqədə qalibiyyəti gətirən qolun müəllifi bunu sevinc göz yaşları ilə qeyd edib.

***

“Qarabağın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə "Qafqazinfo"ya Abbas Hüseynovun qol vurduqdan sonra ağlamasının səbəbini açıqlayıb:

“Dünən rəhmətə gedən nənəsinə qol söz verən Abbas Hüseynov bu gün “Qarabağ”ın qələbə qolunu vurandan sonra göz yaşlarını saxlaya bilmədi”.