Qətər millisinin üzvü Yasser Abubakar bu gün Azərbaycan yığmasına qarşı keçirəcəkləri yoldaşlıq görüşündən danışıb.
“Qafqazinfo” xəbər verir ki, yarımmüdafiəçi ölkəsinin federasiyasının rəsmi saytına açıqlamasında komandamızın düşünüldüyündən güclü olduğunu bildirib.
Abubakar qarşılaşmanı vacib adlandırıb:“DÇ-2018-in seçmə mərhələ oyunlarından əvvəl bu görüş vacibdir. Xüsusən də, İranla qarşılaşma öncəsi çox mühüm matçdır. Komandamız texnikalı futbolu inkişaf etdirmək istəyir. Fiziki gücümüzü də sınamalıyıq. Seçmə mərhələdə İran və Özbəkistana qarşı görüşlər çox vacib olacaq. Bu səbəbdən də Azərbaycanı məğlub edib azarkeşlərimizi qələbəyə kökləməliyik. Onların dəstəyi vacibdir”.
Son xəbərlər
Son Xəbərlər