“Qafqazinfo”nun məlumatına görə, qızıl medal qazanan Elvin qələbəni asanlıqla əldə etdiyini qeyd edib:
“Finaldakı İtaliyalı rəqibimi daha öncədən tanıdığım üçün çox rahat qələbə qazandım. Hətta deyə bilərəm ki, bu döyüş daha öncəki 3 görüşümün hamısından asan oldu. Mənim rinqdə öz taktikam var. Rəqiblərimi bacardığım qədər aldadıb zərbə endirməyə çalışıram. Finalda da bu taktikadan istifadə etdim və heç bir çətinlik yaşamadım. Qələbəmi ailəmə və silahlı qüvvələr günüdür-səngərdəki bütün əsgərlərimizə hədiyyə edirəm”.
Elsevər
Son xəbərlər
Son Xəbərlər