“Qələbəmi Prezidentə və Mehriban Əliyevaya həsr edirəm” - Hacı Əliyev

qelebemi-prezidente-ve-mehriban-eliyevaya-hesr-edirem
Oxunma sayı: 1440

Prezident İlham Əliyev həmişə olduğu kimi, bu dəfə də idmançıları tək qoymadı və bizimlə görüşdü. Ona görə də qələbəmi Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya həsr edirəm.

“Qafqazinfo” xəbər verir ki, bunu V İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanan sərbəst güləşçimiz Hacı Əliyev (65 kq) jurnalistlərə müsahibəsində deyib.

“2017-ci ildə Bakıdakı Oyunlarda da qalib gəlmişdim. Sevindirici haldır ki, burada da qızıl medal qazandım. Dörddəbir final qarşılaşmasında hakim ədalətsizliyi ilə üzləşdim. Mənə qarşı çox haqsızlıq oldu. Amma buna baxmayaraq, xalçada öz gücümü göstərdim”, - deyə güləşçi əlavə edib.

Əsas hədəfinin 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında uğur qazanmaq olduğunu deyən H.Əliyev bildirib ki, qarşıda dünya çempionatı var: “Orada iştirak edib-etməyəcəyimi bilmirəm. Bütün gücümü Olimpiadaya saxlamaq istəyirəm. Gələn il lisenziya turnirləri var”.