Qələbəni azarkeşlərlə qeyd edən klub cəzalandırıldı

qelebeni-azarkeslerle-qeyd-eden-klub-cezalandirildi
Oxunma sayı: 1215

Almaniya Futbol Liqası “Union Berlin” klubunu və iki futbolçusunu cəzalandırıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə “Kicker” nəşri məlumat yayıb.

Klubun cəzalanmasına Bundesliqanın 32-ci turunda “Paderborn”u məğlub etdikdən (1:0) sonra komanda üzvlərinin qələbəni küçədə azarkeşlərlə qeyd etməsi səbəb olub.

“Union Berlin”in iki futbolçusu – Kristofer Trimmel və Şeraldo Bekker də cəzalandırılıb. Hər iki futbolçu koronavirus testi verəcək və nəticə mənfi olduqda, komandaya qoşulacaq.