“Qələbəyə doğru”nun finalı keçirildi - Fotolar

qelebeye-dogrunun-finali-kecirildi
Oxunma sayı: 927

Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Nəsimi rayon İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyası və Bakı dövlət Universitetinin birgə təşkilatçılığı ilə dəstəyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Görkəmli oftolmoloq- alim Zərifə Əliyevanın anadan olmasının 93-cü ildönümü münasibətilə “Qələbəyə doğru” kuboku uğrunda intellektual yarışmanın final mərhələsi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Respublikanın tanınmış alimləri və ziyalıları iştirak edib. Tədbir iştirakçıları əvvəlcə Fəxri Xiyabanda Zərifə Əliyevanın məzarüstü abidəsini ziyarət ediblər.

Tədbiri giriş sözü ilə açan Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hər il Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş tədbirlər keçirir. Sonra Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov, millət vəkili Əhliman Əmiraslanov və Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov görkəmli alim, akademik Zərifə Əliyevanın həyat və yaradıcılığından geniş söz açıblar.

Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş “Nur dolu ömür” adlı film nümayiş etdirilib.