Qələbəyə sevinən İran 715 məhkumu azad etdi

qelebeye-sevinen-iran-715-mehkumu-azad-etdi
Oxunma sayı: 4404

İran rəhbərliyi Qətərdə keçirilən futbol üzrə dünya çempionatında milli komandanın Uels yığması üzərində qələbəsindən sonra 715 məhkumu azad edib.

“Qafqazinfo” “Fars” agentliyinə istinadən xəbər verir ki, İranın məhkəmə sisteminin rəhbəri Qulam Hüseyn Mohseni-Ecei bununla bağlı qərar imzalayıb.

O, iranlı futbolçuların qələbəsini yüksək qiymətləndirərək bunun İran xalqına sevinc və xoşbəxtlik bəxş etdiyini qeyd edib.

Xatırladaq ki, İran milli komandası noyabrın 25-i Uels yığmasını 2:0 hesabı ilə məğlub edib. Mundialın birinci turunda isə İran yığması İngiltərəyə 2:6 hesabı ilə uduzub.