“Qafqazinfo”ya açıqlamasında cərrah müğənninin burnunu zədələdiyi üçün problem yaşaya biləcəyini qeyd edib:
“Sevinc xanım nə zaman əməliyyat olunub? Yəqin yıxılıb, burnunu zədələyib. Heç bir problem ola bilməz. 10 il keçdikdən sonra da əməliyyat etdirən şəxslərdə problem yaranmır. Yəqin, kimsə özünü reklam etmək üçün belə danışır. Mən bir çox tanınmış simaları əməliyyat etmişəm, çox məmnun qalıblar. İndi əməliyyatdayam, rahat danışa bilmirəm. İki saatdan sonra ələqə saxlayın”.
Qələndərli adının tez-tez uğursuz əməliyyatlarda hallanmasından da danışıb:
“Bir daha deyirəm ki, bizdə uğursuz əməliyyat ola bilməz. Bizdə xəstələr xəstəxanadan problemi olmadan göndərilir”.
Qeyd edək ki, müğənni Sevinc Ağaşirinova “Qafqazinfo”ya açıqlamasında bildirib ki, 2006-ci ildə Vaqif Qələndərli burnunu uğursuz əməliyyat edib və nəfəs almaqda çətinlik çəkir.

Son xəbərlər
Son Xəbərlər