Qənddən “Nokia” çıxdı - - Foto

qendden-nokia-cixdi-
Oxunma sayı: 1385


“Qafqazinfo” Penitensiar xidmətə istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 178.2.4 maddəsinə əsasən 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilən məhkum Emin Elbrus oğlu Ələsgərova üçün gətirilən sovqata baxış keçirilib.

Onun yanına qısamüddətli görüşə gəlmiş anası və bacısı, Bakı şəhər sakinləri Sonaxanım Ağakərim qızı Ələsgərovanın və Elnarə Elbrus qızı Ələsgərovanın üzərlərinə və gətirdikləri sovqata baxış keçirilən zaman 500 qramlıq “Supersun” qənd qutusunun içərisində gizlədilmiş, 1 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.


Murad Əhməd