Tovuzun Xatınlı kəndində sakinlərlə görüşən millət vəkili onları kəndlərini avtomobil yolunun surətli tikintisi münasibəti ilə təbrik edib. Kənd sakinləri də öz növbəsində onlar üçün çox böyük bir problem olan yol məsələsinin həll olunmasında göstərdiyi yardım üçün millət vəkilinə təşəkkür edib. Sakinlər kəndə verilən içməli və əkin suvarması suyu ilə bağlı təhcizatın daha da yaxşılaşdırılması ehtiyacı ilə bağlı öz təklif və fikirlərini bildiriblər, müzakirərlər aparıblar. Qənirə Paşayeva onların ciddi içməli su problemini Azərsu ASC-nin sədri Qorxmaz Hüseynov ilə 2 dəfə müzakirə edib problemin həlli üçün kömək göstərilməsini xahiş etdiyini və Azərsu sədrinin bu məsələyə yaxın zamanlarda baxılacağına dair söz verdiyini bildirib. Bununla yanaşı kəndin məktəb binasının təhsil üçün lazımi səviyyədə olmamasını vurğulayan sakinlər bu məsələnin yaxın zamanlarda öz həllini tapması üçün bir millət vəkilindən müvafiq qurumlara təkrar müraciət etməsini xahiş ediblər.
Qənirə Paşayeva həmçinin, kəndlərdə fiziki imkanları məhdud insanlarla da görüşüb və onların bəzi problemlərinin həlli istiqamətində müvafiq qurumlarla danışacağını deyib.
Son xəbərlər
Son Xəbərlər