Qənirə Paşayeva Battalqazi bələdiyyəsiylə görüşdə- - Fotolar

qenire-pasayeva-battalqazi-belediyyesiyle-gorusde-
Oxunma sayı: 1282



“Qafqazinfo” xəbər verir ki, Avrasiya Beynəlxaql Araşdırmalar Mərkəzi İb-nin sədri Qənirə Paşayeva Türkiyənin Malatya vilayətində Battalqazi bölgəsini və bələdiyyəsini ziyarət edib və bölgənin rəsmiləri ilə görüşüb. Bələdiyyə sədrinin müavini Mehmet Karabayla görüş zamanı Battalqazidə olmaqdan məmnunluğunu ifadə edən millət vəkili Qənirə Paşayeva Battalqazidə olmaq həm mənim, həm də mənimlə bərabər Türkiyəyə Azərbaycandan gələn nümayəndə heyəti üçün çox xoşdur. Azərbaycanın bəzi bölgələri Türkiyənin bir çox şəhərlərinin və bələdiyyələri ilə qardaş şəhərlər və bələdiyyələr olub. Battalqazini də tezliklə Azərbaycanın bölgələrindən biri ilə qardaşlaşması önəmli olardı. Bələdiyyə sədrinin müavini Mehmet Karabay Qənirə Paşayevanın təklifini yüksək qiymətləndirərək, tezliklə həmin ideyanın reallaşdırılması, Malatyanın, Battalqazinin Azərbaycanın hər hansı bir bölgəsi ilə qardaşlaşdırılmasının əhəmiyyətini və önəmini vurğulayıb.


Görüşün sonunda Qənirə Paşayeva Mehmet Karabaya və bələdiyyəyə Azərbaycan tarixi və incəsənətini əks etdirən materiallar, kitablar, filmlər, hədiyyələr, həmmüəllifi olduğu ”Xocalı soyqırımı şahidlərin dili ilə”, ” Qaradağlı soyqırımı şahidlərin dili ilə” kitabını hədiyyə edərək onu Azərbaycana dəvət edib. Mehmet Karabay Azərbaycanı sevdiyini deyərək dəvəti məmuniyyətlə qəbul edib və Azərbaycana gəlməkdən məmnun olacağını deyib.Görüşün sonunda Mehmet Karaday bölgənin tarixi məkanları ilə millət vəkili və onun rəhbərlik etdiyi nümayəndə heyətini tanış edib.