Qənirə Paşayeva bildirib ki, getdikcə Hepatit C virusu ilə xəstələnən insanların sayı atrır: “Hepatit C ağır xəstəliklərin əsasını qoyur və müalicəsi çox çətin və bahalıdır. Hepatit C-yə yoluxan insanların bir çoxunun xəstəliklə mübarizə istiqamətində müalicə alma imkanları çox məhduddur".
Millət vəkili bu istiqamətdə əhalinin marifləndirilməsini və dövlət dəstəyini vacib sayır: "Hepatit C-nin getdikcə daha da artması bizi ciddi narahat etməklə bərabər, bu istiqamətdə əhalinin maarifləndirilməsindən tutmuş profilaktik tədbirlərin gücləndirilməsinə və insanların müalicəsi istiqamətində dövlət dəstəyinin genişləndirilməsinə ciddi ehtiyac var. Bu istiqamətdə xüsusi dövlət proqramının olmasına ciddi ehtiyac olduğunu bu xəstəlikdən əziyyət çəkən insanların müraciətləri zamanı görə bilirik. Hepatit C-yə qarşı mübarizədə bu xəstəliyə yoluxan insanların müalicəsinə dövlət dəstəyi qədər də, əhali arasında güclü maarifləndirmə və profilaktik tədbirlərin genişləndirilməsinə ehtiyac var" deyə millət vəkili Qənirə Paşayeva bildirib. Bu tədbirlər bu virusa yoluxan insanların sayının sürətlə artmasının qarşısının alınmasında vacib məsələlərdən biridir. Bir sözlə, Hepatit C və onun artması bizi ciddi narahat etməli və bu istiqamətdə addımlarımızı daha da sürətləndirməliyik”.